Rasim Balayev hədələdi: "Allaha and olsun, mən elə söz deməmişəm"


Xalq artisti Rasim Balayev səhhəti ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Lent.az -ın məlumatına görə, xalq artisti “Elgizlə izlə” verilişində bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

"Zəng edib dedilər ki, müsahibə almaq istəyirik. Cavab verdim ki, filmə çəkilmirəm, nə soruşacaqsınız? Həm də indi müalicə alıram, sonra danışarıq. Yaz-payız intensiv olaraq fizioterapiya müalicəsi alıram. Başqa söz dedim, onlar tam başqa şey yazıblar. Guya demişəm ki, ayaqlarım tutulub, su yığılıb. Allaha and olsun, mən elə söz deməmişəm. Xəbəri birinci vermək üçün insanı öldürərlər. Onları məhkəməyə də verə bilərəm, amma öz vicdanlarına buraxıram. Bunların ali məqsədi odur ki, oxunaqlı olsunlar. Onun üçün də ağızlarına gələni yazırlar".