Ağamirzədən kədərli notlar: "Qazdırdığım qəbir mənim üçün dərsdir"

Meyxanaçı Ağamirzə Məmmədov Baku Tv-ə bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, müsahibəsində bunları söyləyib:
“Məclisə 5 minə, minə, 300 manata yaxud da pulsuz getdiyim vaxtlar olub. Bəzən isə gedib pul saymışam, sonra qayıdıb gəlmişəm. Baxırsan, səninlə eyni gücdə  meyxana deyir, amma daha çox  pul alır və daha hörmətli olur. Amma bir istəkan çay içirsən,  onun pulunu verməmək üçün  yalandan telfonla danışır. Qazdırdığım qəbir mənim üçün dərsdir. Özüm-özümə deyirəm, çaşma, yekexanalıq etmə bir gün əzizlərin səni burda  qoyub çıxıb gedəcəklər. Rəbbinlə üzbəüz qalacaqsan. Biri dedi ki, düşər-düşməzi var. Nə olacaq? Onsuz da gedəcəksən. Gözlərim dolur danışa bilmirəm. Bir arzum odur ki, Allah günahlarımı bağışlasın. O qədər yalan danışmışam, qeybət etmişəm, haram yemişəm ki...”