Anar “Ay Laçın”ı oxudu - VİDEO

Azərbaycan Yazıçılar Birliyinin sədri , Xalq yazıçısı Anar Rzayevin sosial şəbəkələrdə maraqlı videosu yayılıb.

“Sherg.az” xəbər verir ki, Anar yazıçıların Şabranda yeni istifadəyə verilən istirahət mərkəzində "Ay Laçın" mahnısını oxuyub.

Həmin anlarda yazarla birgə mahnını zalda əyləşənlər də səsləndirib.
Bu görüntüləri yazıçı, publisist , "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay öz sosial media hesablarında paylaşıb.