İlk tarixi serialımızın çəkilişləri niyə gecikir?  - AÇIQLAMA

Ötən ilin noyabrında tizeri yayımlanan, ilk tarixi serialımız “Atabəylər: Şəmsəddin Eldəniz”in çəkilişləri hələ də başlamayıb. 

Uzun müddətdir ki, təqdim edilməsi gözlənilən ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev bu barədə “Sherg.az”a danışıb. O, layihənin gecikmə səbəbini açıqlayıb:

“Filmin  sifarişçisi Mədəniyyət Nazirliyidir. Nazirlikdə kadr dəyişikliyi oldu. Yeni nazir gəldi. İşlərə yenidən təkan veriləcək. Yəqin ki, çəkilişlər payızda başlayacaq. Ona görə hazırda gözləmə mövqeyindəyik. Təkcə tizer çəkilib. Layihə dövlət sifarişi kimi qəbul olunmalıdır ki, film çəkilsin və büdcəsini təsdiq olunsun”. 

Qeyd edək ki, ilk tarixi serialımız AzTV-də yayımlanacaq.