
Ekspert: Dərslik siyasətində ciddi islahatlara zəmin yarana bilər
13:58 26.09.2025
Elm və Təhsil
520
Azərbaycanda təhsil sahəsində aparılan islahatların vacib istiqamətlərindən biri də dərslik siyasətinə yenidən baxılmasıdır. Müxtəlif təhsil pillələrində istifadə olunan dərsliklərin məzmunu, metodikası və tətbiqi prinsipləri cəmiyyətin müxtəlif təbəqələri- valideynlər, müəllimlər və mütəxəssislərin geniş müzakirəsinə səbəb olur. Bu baxımdan, Milli Məclisdə keçiriləcək ictimai dinləmənin təşkili dərslik siyasətinin daha şəffaf və ictimai əsaslı şəkildə formalaşdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər. Xüsusilə, bu dinləmələrin yalnız Azərbaycan dili və ədəbiyyat deyil, ingilis dili dərsliklərini də əhatə etməsi məsələnin əhatə dairəsinin geniş olduğunu göstərir və müzakirələrin təhsilin keyfiyyətinə real təsir göstərmək potensialını artırır.
Təhsil eksperti Rizvan Fikrətoğlu Sherg.az-a açıqlamasında bu məsələnin kifayət qədər ciddi diqqət cəlb etdiyini bildirib:

"Milli Məclisdə keçiriləcək ictimai dinləmə yalnız Azərbaycan dili və ədəbiyyat dərslikləri ilə məhdudlaşmayacaq, eyni zamanda ingilis dili dərslikləri də müzakirəyə çıxarılacaq. Burada xüsusilə iki məqam önəmlidir. Birincisi, bu təşəbbüsün birbaşa Təhsil naziri Emin Əmrullayev tərəfindən irəli sürülməsidir. Deputat Anar İskəndərovun açıqlamasına əsasən, məhz nazirin istəyi ilə ingilis dili dərslikləri də ictimai müzakirəyə daxil edilib. Bu isə onu göstərir ki, Elm və Təhsil Nazirliyi dərsliklərin keyfiyyəti, metodikası və tətbiqi ilə bağlı ictimai rəyin formalaşmasında maraqlıdır. Dövlət və hökumət nümayəndələrinin fikirlərinin öyrənilməsi isə bu prosesi daha demokratik və şəffaf edir. Bu baxımdan, təşəbbüs müsbət və təqdirəlayiqdir. Eyni zamanda ictimai dinləmənin əhəmiyyəti də xüsusi qeyd olunmalıdır".
Ekspert dərsliklərin valideynlərin, müəllimlərin və təhsil mütəxəssislərinin arasında uzun illərdir müzakirə mövzusu olduğunu qeyd edib:
"Əsas tənqidlərdən biri dərslik məzmununun yaş səviyyəsinə uyğun olmaması və çox vaxt həddindən artıq ağır olması ilə bağlıdır. Metodik baxımdan isə beynəlxalq standartlara tam uyğunluğun olmaması, dil öyrənmədə dinləmə və danışıq bacarıqlarına yetərincə yer verilməməsi diqqət çəkir. Azərbaycan dili və ədəbiyyat dərsliklərində isə qramatik mövzuların çətinliyi, bədii mətnlərin seçimi və bu mətnlərin uşaq psixologiyasına uyğunluğu ilə bağlı ciddi problemlər mövcuddur.
Belə bir ictimai dinləmənin keçirilməsi həm parlament, həm də Elm və Təhsil Nazirliyi üçün şəffaflıq və hesabatlılıq baxımından önəmli addımdır. Əgər bu dinləmədə səsləndirilən real və əsaslandırılmış təkliflər nəzərə alınarsa, dərslik siyasətində ciddi islahatlara zəmin yarana bilər. Bu isə nəticə etibarilə təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə