Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz hərəkət edib 


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik, 1 mikroavtobus və 10 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bir minik maşının da Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkət etməsinə şərait yaradılıb.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-ə çatıb.