Peskov: “Rusiya rəsmi Bakı və İrəvan ilə gərgin, böyük zəhmət tələb edən iş apar”

"Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatların tərəflərindən biri olan rəsmi Moskva Bakı və İrəvan ilə gərgin, böyük zəhmət tələb edən iş aparır".
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya bu istiqamətdə öz öhdəliklərini yerinə yetirir.