Təəccüblənəcəksiniz: Bu ölkədə evlənmək qadağandır...

Dünyada yüzlərlə mədəniyyət var. Müvafiq coğrafiya və insan həyatı bu ənənələri formalaşdırır.
Başqa xalqlar üçün normal olan mədəniyyətlər bizə bir qədər təəccüblü gələ bilərik.

“Sherg.az” “Milliyet.com”a istinadən bəzi ölkələrdəki maraqlı adətləri qeyd edir.

Rədd etmək ayıbdır

Rusiyada kimsə sizə araq təklif edirsə, ondan imtina etmək ayıb sayılır. Arağın hamısını bitirməlisiz.

Evlənmək qadağandır

Şimali Koreya qapalı bir mədəniyyət olması ilə məşhurdur. Ölkədə bilinən bir ənənə var. Kişilər 27 yaşa, qadınlar 25 yaşa qədər evlənə bilməzlər. Bu ənənə ilə bağlı deyil, qanunla qadağandır. Şimalı Koreyada v ətəndaşlar əvvəlcə dövlət qarşısında vəzifələrini yerinə yetirirlər, sonra isə evlənirlər.

Bu saatlarda işləmirlər

İspanların ən məşhur bilinən ənənəsi siestadır. Günortadan sonra bir az yatan ispanlar bu saatlarda işləmirlər.

Saçlarını niyə qırxırlar?

Budizmdən söz düşəndə ağlımıza ilk olaraq narıncı paltar və qırxılı saçlar gəlir. Bəs, buddistlər niyə saçlarını qırxırlar? Budizmdə saç kəsmək dünyəvi istəklərdən qurtulmaq deməkdir.

Kökəlməlisiniz

Bir qadın olaraq Mavritaniyada evlənmək istəyirsiniz? O zaman 60 ilə 100 kiloqram arasında olmalısız. Mavritaniyada balıq ətli qadınlar bəyənilir. Kilo almasanız ailəniz sizi cəzalandıracaq.

Ayaqqabıları çıxarırlar, amma ..

Yaponlar da bizim kimi evə girəndə ayaqqabılarını çıxarırlar. Bu, ölkəmizdə gigiyenadan qaynaqlanır, ancaq onlarda imandan. Ev sahibinə hörmət göstərildiyi üçün ayaqqabılar çıxarılır. Lakin birinin evinə gedəndə ayaqqabılarınızı çıxaran zaman ayaqyalın da olmalı deyilsiniz. Bu, hörmətsizlik əlamətidir.