Maraqlı faktlar: Dünyanın ən hündür ağacı - “Hyperio”

200-ə yaxın ölkə və 8 milyarddan çox insanın yaşadığı dünya maraqlı, əyləncəli və cəlbedici məlumatlarla doludur.
“Sherg.az” “Milliyet.com”a istinadən çox təəccüblənəcəyimiz faktları qeyd edir.
1.Sinqapurda saqqızın olması və ya satılması qadağandır.

2.Zürafə dili ilə qulaqlarını təmizləyə bilər.

3.Burnumuz və qulağımız ömür boyu böyüməyə davam edərkən, gözlərimiz heç böyüməz.

4.Eyni yumurta əkizi olan iki qadın eyni yumurta əkizi olan iki kişi ilə evlənərsə, dünyaya gətirdikləri uşaqlar bir-biri ilə bacı ya da qardaş olacaqlar.

5.Dünyanın ən hündür ağacı olan “Hyperio”nun yeri bir neçə elm adamından başqa heç kimə məlum deyil.

6.Yalnız dovşan və tutuquşu başlarını çevirmədən arxanı görə bilər.

7.Hər asqırıqda beyin hüceyrələrinin bir hissəsi ölür.

8.Soğan doğrayarkən saqqız çeynəsəniz gözləriniz yaşarmaz

9.Asqırarkən heç vaxt burun və ağzınızı eyni vaxtda örtməyin. Çünki gözləriniz çıxa bilər.

10. Ən geniş yola malik olan Braziliyada 160 avtomobil  yan-yana gedə bilər.