Yerdə məhdudiyyət olduğu üçün GÖYDƏ evləndilər

Hindistanlı cütlük koronavirus məhdudiyyətlərindən qaçmaq üçün bir təyyarə kirayələyib və 160-dan çox qonaqla havada toy mərasimi təşkil edib.
Məlumdur ki, COVID-19-dan ağır itkilər verən Hindistanda məhdudiyyətlər artırılıb. Bu baxımdan cütlük çıxış yolunu göydə evlənməkdə tapıb.
“Sherg.az” “Trthaber.com”a istinadən bildirir ki, ölkənin aviasiyası səlahiyyətliləri baş verənlərlə bağlı istintaq başladıb. Mülki Aviasiya Müdirliyinin səlahiyyətli şəxsi “Times of İndia”ya bildirib ki, uçuşda olan “SpiceJet” personalı işdən çıxarılıb. İşdən çıxarılan personal isə cütlüyü müdafiə edərək, onların göydə evlənməsinin düzgün olduğunu, uçuşu gerçəkləşdirdiyi üçün peşman olmadığını söyləyib.