İtlərini veqan tərzində bəsləyən cütlüyə CƏZA

Avstraliyada yaşayan veqan cütlüyün “Bull Arab” cinsindən olan iki köpək balası var idi. Cütlük özləri kimi köpək balalarını da veqan etmək istəyib.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Roo və Ula adlı balalar yalnız noxud, düyü və taxıldan ibarət qidalar qəbul edirdi.
Lakin cütlüyün gözardı etdiyi bir məqam var idi: Köpəklər veqan tərzi ilə qidalandıqları üçün ciddi şəkildə zəifləyib arıqlamışdılar. Ancaq Heyvanlara Zülmün Qarşısının Alınması Dərnəyi hadisəyə dərhal müdaxilə edib. Bala köpəklər cütlükdən alınaraq klinikaya aparılıb. Roo adlı bala çox arıq olduğu üçün ayaq üstə dayana bilmirdi.

Məlumata görə, cütlük müvafiq maddə ilə cəzalandırılıblar.