NASA-dan ilginc PAYLAŞIM: 250 il əvvəl aşkarlanan qalaktika...

NASA 1785-ci ildə kəşf edilən NGC 5037 qalaktikasının fotosunu yayımlayıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, qalaktika 150 milyon işıq ili məsafədə yerləşir.
NASA-nın açıqlamaya əsasən, geniş sahə kameraları tərəfindən qeydə alınan görüntülərdə təəccüblü detallar var. Formasına görə avtomobil çarxı adlandırılan bu qalaktikanın kənarları 100 min işıq ilini əhatə edir.
Dünya ilə Günəş arasındakı orta məsafənin 8 işıq dəqiqəsi olduğunu nəzərə alsaq, görüntü sahəsinin ölçüsü xüsusi əhəmiyyətə malikdir.