Bu balaca qızlar Eynşteyn qədər ağıllıdırlar - Foto

İngiltərədə hind əsilli 4 yaşlı Dayal Kaur və ABŞ-dakı 2 yaşlı Kaşe Quest zəkaları ilə təəccübləndirib.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, Dayal Mensa testində məşhur alim Albert Eynşteynin 142 bal göstəricisindən cəmi 18 bal az toplaya bilib. 4 yaşında olan Dayal günəş sistemindəki bütün planetlərin adlarını bilir və 5 yaşlı bir uşağın riyazi biliklərinə sahibdir.
Los Angelesdə yaşayan Kaşe isə dünyanın ən gənc dahisi olub. Kaşe 146 IQ və üstün zəkası ilə dünyanın ən gənc Mensa Klub üzvü seçilib. Aparılan testlərə görə, Kaşe ABŞ-dakı bütün 50 əyaləti şəkillərinə və yerlərinə qədər tanıyır, həmçinin işarə dilində 50 işarəni başa düşür.