Dünyanın ən çox öpülən qadını... - FOTO

1930-cu illərdə Parisdə məşhur Sena çayının sahilində naməlum gənc qızın cəsədi yuyulmuş halda tapılıb. Müayinə zamanı qızın 16-17 yaşlarında olduğu və intihar etdiyi məlum olub. Onun hamar dərisi və təbəssümünə heyran olan meyitxana həkimi üzünün mum qəlibini götürüb. 

Sonra qıza Sena adı verilib və Parisdəki yetimlər qəbiristanlığında dəfn edilib. Onun üz qəlibini götürən həkimə baş çəkməyə gələn qohumları və dostları qızın üzündəki ifadədən çox təsirləniblər. 

Bu üz ifadəsi Parisdə ağızdan-ağıza dolaşmağa başlayıb. Bunu eşidən oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə PVC-dən qızın üzünün surətlərini hazırlayıb bəzi oyuncaqlarda istifadə edib.Qız üzlü “Annie” adlı kukla həmin il Avropada ən çox satılan oyuncaq olub.1958-ci ildə amerikalı Dr. Peter Safar ürək masajını kəşf edib və təlimdə istifadə etmək üçün oyuncaq istehsalçısı Laerdaldan 500 real ölçülü “Annie” kuklasını sifariş edib. 

Lakin o zamankı Amerika hökuməti bu təlimi lazımsız heab edərək ləğv edib. Bu tarixdən sonra zaman keçdikcə eyni model cansız manikenlər bütün dünyada CPR təhsili üçün istifadə edilməyə başlanıb və hamısının üzü parisli Senanın üzü olub. Yüz minlərlə insanın həyatını xilas edən, həyatına bir çayda son qoyan Senanın müəmmalı şəkildə həyata vida etməsi hər kəsdə qəribə hislər oyadıb.