Mükafata layiq olan FOTO:  Tarixə “Həyat Öpüşü” kimi düşdü

Mükafata layiq olan foto tarixə “Həyat Öpüşü” kimi həkk olunub.  Fotoda 1967-ci ildə J.D. Thompson adlı kommunal işçisinin yerdən 8 metr hündürlükdə aşağı gərginlikli kabellə təmasdan sonra huşunu itirmiş həmkarı Randall G. Çempionu ürək masajı etməsi əks olunub.

 "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki , Çempion elektrik dirəyində müntəzəm texniki qulluq edərkən dirəyin ucundakı aşağı gərginlikli kabelləri fırçalayan zaman bədənindən 4 min volt keçib və qəfildən ürəyi dayanıb. Təhlükəsizlik kəməri onun yerə düşməsinin qarşısını alıb. Aşağıdan bunu görən Tompson dərhal yetişir və Çempiona CPR verməyə başlayır. 

 Onların vəziyyətlərinə görə CPR mümkün olmasa da, Tompson Çempionun ağzına nəfəs verməyə davam edir. Onda nəbz hiss edən kimi Tompson təhlükəsizlik kəmərini açır və yerə enirlər. Paramediklər dərhal ürək masajına başlayır və Çempion özünə gəlir. Çempionun xəsarətləri arasında ağır yanıqlar və ayağının dabanında elektrik cərəyanının çıxdığı dəlik olur. Buna baxmayaraq, o ,bu hadisədən sonra daha 35 il yaşayır və 2002-ci ildə 64 yaşında vəfat edir.Tompson isə hələ də sağdır.