Tarixi evlər bu səbəbə görə ucuzdur - DETALLAR

Bir çay stəkanı qiymətinə satılır

Tarixi evlərin qiyməti ona görə ucuzdur ki, sahiblərindən tələblər böyük olacaq 

Ucuz deyib, keçməyin. Bu evlər tarixi tikililərdir. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, evlərin qiyməti ona görə ucuzdur ki, sahiblərindən tələblər böyük olacaq. Söhbət İtaliyanın Siciliya adasındakı Katanya əyalətinin Castiglione di Sicilia adlı bölgəsindən gedir. 

Buradakı tarixi tikililərin sakinləri illər əvvəl evlərini tərk edərək böyük şəhərlərə köç edib. Yerli hökumət Sicilayanın tarixi memarlığının qorunması və adanın keçmiş gözəl günlərini – insanlarla dolu küçələrini geri qaytarmaq üçün belə bir layihə düşünüb. 

Evlər çox ucuz, az qala bir stəkan  çayın qiymətinə təklif edilir. Lakin evləri kim alacaqsa, ondan tələblər böyükdür. Evlər təmir edilməli, həm də memarlıq üslubu qorunaraq, orada daimi yaşayış olmalıdır. Locana, Candela, Mussomeli, Castiglione di Sicilia və İtaliyanın güneyindəki daha bir çox qəsəbə illər öncə tərk edilib.

 Ötən il Castiglione di Siciliyanın bələdiyyə başqanı Antonino Camarda bu qəsəbələrə yenidən həyat vermək üçün önəmli addım atıb. Bələdiyyə başqanı çözümü evlərin ucuz qiymətə satışa çıxarılmasında tapıb. Eyni zamanda tələblər də qoyulub. Bələdiyyə başqanı xüsusən gənclərin və gənc ailələrin qəsəbələrə yerləşməsini arzulayır. Bununla da qəsəbələrdə həyatın qaynayacağına və turistlərin də bölgəyə can atacaqlarına inanır.