Gəlinə 4 kiloqram qızıl taxıldı

Bəyə 6 milyon türk lirəsi hədiyyə edilib

  Tayfa toyunda gəlinə 4 kiloqram qızıl-zinət əşyaları, bəyə isə 6 milyon türk lirəsi hədiyyə edilib. Bu hədiyyələr gəlinin və bəyin üzərinə taxılıb. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, toy Türkiyənin Van bölgəsində keçirilib. Qızılların pulların gəlinlə bəyə taxılması ümumilikdə 5 saat davam edib. Bu toy son zamanlarda keçirilən ən təmtəraqlı, dəbdəbəli toylardan biri hesab edilir. Toyda bəyin sağdışı bölgədə ən böyük, güclü tayfalardan biri olan Ertoşi tayfasının başçısı İskəndər Ertuşun oğlu Şərəf Ertuş olub. Toy yeməyinin hazırlanması üçün 100 baş heyvan kəsilib. Bəyin atası, iş adamı Nevzat Durmaz toya Hakkari, Şirnak, Antalyadan, həmçinin ölkə xaricindən - İran, İraq, İsveçrə, Niderland, Almaniyadan da qonaqların gəldiyini deyib. Toyda 5 min qonaq iştirak edib.