Yatarkən musiqi dinləmək ziyanlıdır? –Araşdırıldı:"Qulaq qurdu" yaradır

Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. "Sherg.az" “m.sabah.com.tr” - yə istinadən xəbər verir ki,  “Psychological Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi “vızıldadır” və yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.

 İnsan beyninin dincəldiyi bir an olmur. Yatarkən “Mən yuxu görmürəm, yuxu görüm, xəyal edim” düşüncəsində olanalar da var. Müasir həyatın streslərinə sinə gərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Bəlkə də, bunun üçün musiqi dinləyirik. Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli düşüncələrdən uzaqlaşmağa, qaçmağa imkan verir. 

Digər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, rahatladığınızı düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.Yatarkən dinlədiyiniz mahnılar sanki beyninizə nəyisə "danışır".

 Necə? İlk olaraq ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan bu araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslindən olan 199 subyekt iştirak edir.Təcrübə nəticəsində onlar anket doldururlar. Populyar mahnıları yatarkən dinləyən bu subyektlərin 33 faizi gecə və ya səhər oyananda dinlədikləri mahnıların dillərində dolaşıq olduğunu bildirirlər. Bu hala xalq arasında "qulaq qurdu" deyirlər. 

Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların daha çox “qulaq qurdu” yaşadıqları və yuxu keyfiyyətinin aşağı olduğu da bildirilir. İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 subyekt laboratoriya şəraitində müşahidə edilir; 3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilir. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs üsulları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilir. 

Lakin nəticə daha da pisdir: onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib. 

Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirir ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır. Bu tip melodiyalar zehnində asanlıqla və tez tapılır. Dilə çevrilir və belə mahnıları dinləyən insanların yuxu keyfiyyəti daha çox düşə bilər. Xülasə, yatmazdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.