Bu qan qrupuna sahib cəmi 43 nəfər var!

Qan qrupları qırmızı qan hüceyrələrimizin, eritrositlərin səthində yerləşən antigenlərin mövcudluğuna və mövcud antigenlərin növünə görə dəyişir. Gündəlik həyatda istifadə olunan A, B və Rh antigenləri ilə yanaşı, "Vel", "Ena", "Moa", "Aua" kimi 300-dən çox antigen növü var. Bununla belə, bu antigenlər klinik əhəmiyyət kəsb etmir, çünki onlar ya ümumi, ya da çox nadir antigen növləridir. Buna görə də qan mübadiləsində onların əhəmiyyəti yoxdur.

 "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Rh antigeninin 50 müxtəlif variasiyası var və gündəlik həyatımızda istifadə etdiyimiz Rh(+) və Rh(-) sözləri Rh antigeninin bu 50 variasiyasında ən dominantının, yəni D-nin varlığını və ya olmamasını ifadə edir. İndi gəlin bu "şanslı" 43 nəfərə keçək. 

Bu insanların qanına “qızıl qan” da deyilir. Sözü uzatmadan bu qan qrupunun adını çəkək: 0 Rh Null.0 Rh Null insanlar 0 qrup olduğu üçün nəinki A və B antigenini ehtiva etmir, həm də yuxarıda qeyd etdiyimiz Rh antigeninin 50 müxtəlif variasiyasından "heç birini" ehtiva etmir. 

Başqa sözlə, dünyada bu 43 insan istisna olmaqla, Rh antigeninin 50 variasiyasından biri mütləq bütün insanlarda mövcuddur, 0 Rh Null olan insanlarda isə bu 50 variasiyadan 50-si də yoxdur.