Niyə cərrahi materiallarda mavi və yaşıl rənglərdən istifadə olunur? – Araşdırma!

Heç düşünmüsünüzmü niyə cərrahi materiallarda həmişə mavi və yaşıl rənglərdən istifadə olunur?
Yəqin ki, yox. O zaman gəlin xəbərdar olaq.
 Bəzi araşdırmalara görə qırmızı rəngə və ya obyektə uzun müddət baxdıqdan sonra başgicəllənmə, ürəkbulanma, qavrayış pozğunluğu və diqqət problemlər yaranır.
 "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki,əməliyyat otaqlarında olan tibb işçiləri də daim qırmızı rəngə, yəni qana və ya cərrahi əməliyyatın aparıldığı struktura diqqət yetirdikləri üçün bu bir müddət sonra onlara mənfi təsir göstərə bilər.Fokuslanma ilə bağlı problemlər yarandığı halda əməliyyat olunan xəstənin həyatı da risk altına alınar. Mavi və yaşıl rənglər gözün görmə qabiliyyətini təzələyir və görmə itkisinin qarşısını alır. Bu səbəbdən əməliyyat otaqlarında qırmızının əksi olan yaşıl tonlardan istifadə edir və fokuslanma problemi aradan qaldırmağa çalışırlar. Beləcə uzunmüddətli əməliyyatları problemsiz davam etdirmək mümkün olur.