Uşağa verilən dərman rezin çıxdı  - VİDEO


12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, uşağın nənəsi Şövkət Məmmədova dərmanı ona verəndən sonra halının pisləşdiyini və öyüməyə başladığını iddia edib.

Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Faktı sahə həkimi də təsdiqləyib.

Şövkət Məmmədovanın sözlərinə görə, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirib ki, uşağa verilən dərman əslində rezin olub.

Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxlanılıb və o, dərmanın bütün rəsmi nəzarət proseslərindən keçdiyini deyib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.