Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq


“Ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin plenar iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxılması gözlənilir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, növbəti ildən onkoloji və oftalmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Əhliman Əmiraslanov qeyd edib ki, bu istiqamətdə müzakirələr aparılır.