Türkiyənin XİN başçısı koronavirusa yoluxub


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu COVID-19 infeksiyasına yoluxub.

Türkiyəli diplomat bu barədə öz “Twitter” səhifəsində paylaşım edib.

M.Çavuşoğlu qeyd edib ki, koronavirus testinin nəticəsi pozitivdir.

Xəstəliyini yüngül formada keçirdiyini vurğulayan nazir fəaliyyətini evdən davam etdirəcəyini də əlavə edib.