Bill Qeyts açıqladı:Soyuqdəymə və qripdən xilas ola bilərik

“Microsoft”un qurucusu Bill Qeyts mRNT texnologiyasından istifadə edən peyvəndlərin soyuqdəymə və qripi aradan qaldıracağını bildirib. Qeytsin bu açıqlaması qısa zamanda dünyada böyük əks-sədaya səbəb olub.

“Şərq” xəbər  verir ki,  Qeyts, bunu iştirak etdiyi podkastda canlı yayımda çıxış edərkən bildirib. O, koronavirus peyvəndlərində istifadə edilən mRNT peyvəndlərinin digər xəstəliklərdə də təsirli ola biləcəyini vurğulayıb: 

"Bu, yalnız pandemiya peyvəndləri üçün yaxşı deyil, biz mRNT-dən daha yaxşı qrip peyvəndi hazırlamaq üçün istifadə edəcəyik.
 Əgər yaxın on ildə investisiyalarla məhsul istehsal etsək, məncə, həqiqətən, qrip və soyuqdəymədən xilas ola bilərik".

Çimnaz Şahlar