COVID-19-a yoluxduqdan sonra buster doza ilə vaksin olunanların sayı açıqlanıb

COVID-19-a yoluxduqdan sonra buster doza ilə vaksin olunanların sayı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 976 nəfərdir, bu da ümumilikdə 187 484 nəfər təşkil edir.