"Tok vurma"! –  Sintetik geyimlərlə bağlıdır, yoxsa...? – REAL İZAH 

Son zamanlar insanlar "tok vurması" hallarının artdığını bildirirlər. "Tok vurma" dedikdə insanların əşyalara, qapıya, masaya, bir-birilərinə toxunarkən yaranan eletrik cərəyanından bəhs edirik. İnsanlar bunun nədən qaynaqlandığını maraqlanmağa başlayıblar.

"Tok vurma"nın baş verməsinə səbəb olan amili  "Sherg.az"a açıqlayan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev bildirib ki, sintetik geyimlər elektrik cərəyanına səbəb olur:

“Eletrik cərəyanının baş verməsi əsasən sintetik geyimlərlə bağlıdır. Sintetik material statik elektrik yüklərini saxlayır. Bu da sürtünmə nəticəsində ortaya çıxır. Son zamanlar sintetik geyimlər artdığından insanların əksəriyyəti belə halla qarşılaşırlar. Xüsusilə metal əşyalara toxunduqda elektrik cərəyanı baş verir. Sintetik olmayan paltarlar geyinilsə, belə hal baş verməyəcək”.

Xanlar ƏLİBƏY