Azərbaycanda indiyədək məhv edilmiş vaksinin miqdarı açıqlanıb


Azərbaycanda indiyədək COVID-19 əleyhinə məhv edilmiş peyvəndin miqdarı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.

O bildirib ki, indiyədək məhv edilmiş vaksinlərin miqdarı 507 339 dozadır:“Bunlardan 273 848 doza “Astrazeneca”, 50 592 doza “Pfizer”, 182 898 doza “Sputnik V”, peyvəndləri olub”.


Əlcəfər Cəfərov qeyd edib ki, respublikada məhv edilən vaksin dozaları ümumi vaksinlərin 4,1 faizini təşkil edir.

O qeyd edib ki, həmçinin humanitar məqsədlə Azərbaycandan peyvənd ixrac olunub. Bu vaksinlərin miqdarı isə 270 000 dozadır.