Həkimlə dərman firması arasında “sövdələşmə”: “Vətəndaşın “qanına susayırlar””

Cəmiyyətdə “firma dərmanı” deyə bir anlayış var. Bir çox həkim dərman firmaları ilə sövdələşməyə gedirlər. “Razılaşmaya” əsasən, müəssisələrin dərmanlarını xəstəyə satırlar. Bununla həkimə “faiz” gəlir. Lakin satılan dərmanlar bəzən lazımsız və baha olur. Bir sözlə, sanki həkim də, firma da  vətəndaşın “qanına susayırlar”.

Həkim, ictimai-siyasi xadim Zəlimxan Məmmədli mövcud problemlə bağlı öz münasibətini bildirib:

“Mən belə bir fakt bilmirəm. Yəni eşitməmişəm ki, həkim və firmalar arasında müqavilə bağlanır, ya yox.
 Hər halda müəyyən qanunlar çərçivəsində baş verməlidir. 

Əvvəllər də qeyd etmişəm. Ümumiyyətlə, dərman qaçaqmalçılığı var. Bundan başqa dövlətin normalarına uymayanlar  və dərmanın tərkibi ilə bağlı şübhələr mövcuddur. 

Həblərə baxırsan, adı fərqlidir, amma başqa tərkiblərə malikdir".
Həkim dövlət səviyyəsində yoxlanışın mütləq lazım olduğunu vurğulayıb:

"Məsul qurumlar ciddi nəzarət etməlidir. Dərman ticarəti, idxalı və ixracı rəsmi şəkildə  həyata keçirilməlidir. 
Bəzi iş adamları ixtiyari bir formada bu cür və digər formada möhtəkirliklə pul qazanmaq üçün hər şeyi edə bilirlər”.

Cəmilə ƏZİM