Ağırlaşıb ölənlər "Omikron"dan ölənlər deyil

Professorun sözlərinə görə, itkilər "Delta" ştammı ilə bağlıdır


"Omikron"un adi qrip kimi keçməsi və xəstəni öldürməməsi pandemiyanı zəiflətsə də, hər gün Azərbaycanda 20-27 nəfər koviddən vəfat edərək ölənlər statistikasına düşür. Bəs onları öldürən nədir?
Pulmonoloq, professor Əlizamin Sadiqov bildirib ki, ölkədə "Omikron"la yanaşı klassik və amansız "Kovid" və "Delta" ştammları hələ də dövriyyədədir. Onlar aradan getməyib.

“Ağırlaşıb ölənlər "Omikron"a yox, "Kovid"in birinci variantı və "Delta"ya yoluxanlardır. Onlar həmişəki kimi ağciyərləri 50-70 faiz zədələmə və Sitoken fırtınası yaradır.
"Delta" və klassik "Kovid" hələ bir müddət aramızda olacaq, bundan qaçış yoxdur, bütün yoluxanların 1 faizi qədər də itki olacaq. Bu olmalıdır.

Amma mən "Omikron"a yoluxub, ağciyərlərində buzlu şüşə olub, ciddi problem yaşayan xəstə görmədim. Yoluxanlar arasında hər gün 100-200 nəfər "Delta"ya yoluxur. Ölüm "Omikron"la əlaqədar deyil. (medicina.az)
O variantların yox olması üçün yeganə çıxış yolumuz vaksinasiyanı 90 faizə çatdırmaqdır.
Ölüm və hospitalizasiyanı azaldan bəzi dərmanlar var, Molnupiravir yeni istehsal olunmuş və çox effektivdir. Onlardan biri Azərbaycanda hələ yoxdur. Bunlar nisbətən ölüm faizini azaldır.

Əgər "Omikron" zəif olmasaydı, bugünkü ölüm göstəriciləri ən azı 2-3 dəfə yüksək olmalıydı. Bu qədər az olmasının səbəbi elə "Omikron"dur”.

Sənan