Azərbaycanda son sutka: 1512 yoluxan, 20 ölən

Azərbaycanda son sutkada 1512 nəfər COVID-19-a yoluxub 20 nəfər vəfat edib
26 fevral 2022 21:33 (UTC +04:00)



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1512 yeni yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib, qaydalara riayət etməyən 18 nəfər cərimələnib - VİDEO
263 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edilib - FOTO
DİM sədri III ixtisas qrupuna dəyişikliklə bağlı açıqlama verib
İndiyədək ölkədə ümumilikdə 784 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 590 nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib, aktiv xəstə sayı 13 292 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 122, ötən müddət ərzində isə 6 543 255 ümumilikdə test aparılıb.