Azərbaycanda son sutka: 369 yoluxan, 17 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan dünyasını dəyişib.