ÜST Kiyevə humanitar dəhliz təşkil etməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Ukraynanın paytaxtına təcili humanitar dəhlizin təşkilinə çağırıb.
“Humanitar əməkdaşların daimi giriş-çıxışı və ehtiyacı olanlar üçün müvafiq təchizatların həyata keçirilməsi məqsədilə təcili dəhlizin yaradılmasına zərurət yaranıb”, -deyə o, bildirib.
Qeyd edək ki, hələ fevralın 27-də ÜST Polşadan təhlükəsiz tranzitin təşkili üzrə işlərə başlayıb. İlk növbədə, təşkilat Ukraynanın tibb müəssisələrində oksigen ehtiyatının təhlükəli dərəcədə aşağı olmasından narahatdır.

Mənbə: rbc.ua