Yuxu gətirən qidaların siyahısı - Yatmağa kömək edəcək


Dietoloqlar tez yuxuya getməyə və yaxşı yatmağa kömək edə biləcək sakitləşdirici və yuxugətirici ərzaqların siyahısını açıqlayıb.

Məşhur dietoloq Brin Makdauell rasiona badam əlavə edilməsini tövsiyə edib.

"Badam melatonin-yuxu hormonu mənbəyidir. O, insanın daxili bioloji saatını tənzimləyir, yuxu siqnalı ötürür. Melatoninlə zəngin qidalar yeyilməsi, yuxu tsiklini bərpa edir.

Eləcə də qoz, banan, çobanyastığı, lavanda çayı da yuxu gətirir. Banan və qoz maqniy, melatonin və serotoninlə zəngindir.

Yuxu normallaşdırıcı ərzaqlar siyahısına vişnə, yulaf, losos balıq, yumurta, kivi də daxildir". /medicina.az