Türkiyədə yoluxanların sayı artdı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 132 nəfər ölüb.


Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 34 343 nəfər COVID-19 infeksiyasına yoluxub, 68 815 nəfər isə sağalıb.