Azərbaycanda son sutka: 53 yoluxan, 7 ölən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib, aktiv xəstə sayı 1 617 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437, bu günə qədər isə ümumilikdə 6 635 319 test icra olunub.