Araşdırma: Ev heyvanları ağrıları azaldır


Təcili yardım şöbəsinə yerləşdirilmiş xəstələrin yanına itlər gətirilib

ABŞ-da aparılmış bir araşdırma itlərin xəstə insanların ağrısını azaltdığını ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, təcili yardım şöbəsinə yerləşdirilmiş  xəstələrin yanına itlər gətirildikdən 10 dəqiqə sonra ağrıları azalıb.  Bu barədə NTV.com.tr məlumat verir. Araşdırmaya rəhbərlik edən Colleen Dell bildirib ki, tədqiqatda iştirak edən xəstələr “köpəklərə sevgi bütün xəstəlikləri müalicə edir” tezisini dəstəkləyiblər: “ev heyvanlarının sağlamlığımızın önəmli bir qismi olduğunu göstərən araşdırmalar var. Onlar bizi motivasiya edir, bizi ayağa qaldırır, vərdişləri bizlərə insan və heyvan – iki canlı arasındakı əlaqənin nə dərəcədə güclü olduğunu göstərir”. Araşdırma haqqında “PLOS One” dərgisində yazı dərc edilib. Bildirilir ki, təcili yardım şöbəsindəki 200-dən artıq xəstədən ağrıları barədə 1-10 şkalası üzrə məlumat vermələri istənilib. Xəstələrdən bir qrupunun yanına itlər gətirilib. İtlərlə 10 dəqiqə vaxt keçirən xəstələr digərlərinə nisbətən ağrılarını daha az qeyd ediblər. Vaşinqton Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçısı Cessika Çubak tədqiqatın güclü metodologiyaya malik olduğunu söyləyib: “Tədqiqatın nəticələri ümidvericidir. Müalicə itləri barədə isə hələ öyrənilməli çox şey var”.