Bu ay zəhərlənənlərin sayı AÇIQLANDI

Mart ayının 1-dən bu günədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanları isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Qəbul olunan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən üçü anafilaksiya səbəbindən, dördü allergik reaksiyadan, səkkizi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (iki nəfər sirkə turşusundan, bir nəfər etil spirtindən, bir nəfər anafilaksiya səbəbindən) dünyasını dəyişib.