Norveç kralı V Harald koronavirusa yoluxub

Norveç kralı V Harald koronavirusa yoluxub.
COVID-19 testi müsbət çıxan 85 yaşlı monarxın yüngül simptomlar keçirdiyi açıqlanıb.
Bildirilib ki, kral bir neçə gün vəzifəsinə ara verəcək. Onun səlahiyyətlərini oğlu və taxt-tacın varisi şahzadə Haakon icra edəcək.
Üç doza COVID peyvəndi alan V Harald son illərdə bir neçə dəfə səhhətində ciddi problemlər yaşayıb. O, 2020-ci ildə ürək əməliyyatı keçirib.
Mənbə: TRT