Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 16 yeni yoluxma qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə "Sherg.az"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9 684 nəfər vəfat edib. aktiv xəstə sayı 294 nəfərdir.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 285, bu günə qədər isə ümumilikdə 6 687 581 test icra olunub.