Rusiyada meymunçiçəyinə qarşı peyvənd hazırlandı

Rusiyada Federal Tibbi-Bioloji Agentlik (FMBA) meymunçiçəyi xəstəliyinə qarşı peyvənd hazırlayıb.
Dərman preklinik (klinikadan öncə - red.) tədqiqatlardan keçirilir.
Bu barədə FMBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib.
Qeyd edək ki, meymunçiçəyini törədən patogen genetik olaraq suçiçəyi virusuna yaxındır.
Xatırladaq ki, Rusiyada bu xəstəliyə ilk yoluxma iyulun 12-də aşkarlanıb. Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.
Mənbə: İzvestiya