Yeni ildən sonra qripə  yoluxma dalğası səngiyəcək

Yeni il tətillərindən sonra qrip və SARS virusuna yoluxma dalğası səngiyəcək.

APA xəbər verir ki, bunu TASS –a Meçnikov adına Vaksinlər və Zərdablar Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Vitali Zverev deyib.

Onun sözlərinə görə, hazırda bu viruslara yoluxmanın pik həddi qeydə alınır. Amma bayramlar bitdikdən sonra halların sayı azalmağa başlayacaq. "İndi qrip və SARS-a yoluxma hallarının pik nöqtəsidir. Yeni ildən sonra bu hallar azalacaq” – alim deyib. İnfeksiyaya yoluxmamaq üçün Zverev bayram günlərində böyük şirkətlərdə toplaşmamağı tövsiyə edib. Alim əlavə edib ki, bu bayramı ailə ilə qeyd etmək daha yaxşıdır.