TƏCİLİ! - Nazarbayevin durumundan XƏBƏR VAR - Mərkəz direktoru açıqladı 

Qazaxıstanın  Milli Elmi ürəkəməliyyatı Mərkəzinin direktoru Yuriy Pya deyib ki, Nursultan Nazarbayev növbəti  müalicə-diaqnostika proseduruna götürülüb. Biz belə qərarlaşmışdıq ki, onun boş vaxtı olanda plana uyğun nəzarətdən keçirək. Bu gün keçirdiyimiz növbəti yoxlama, hələ keçən il olmalıydı.  Bu gün baş tutdu. Yuriy Pyanın sözlərinə görə  Nazarbayev özünü yaxşı hiss edir.  Yəqin ki, yaxın günlərdə evə yazılacaq.  Onun xəstəxanadan çıxarılmasına kollegiyal şəkildə bütün komandamızla  birlikdə qərar verəcəyik. Yoxlama əməliyyatımız təqribən  2,5 saat davam edib.
"Sherg.az" xəbər verir ki, bu barədə jurbalist Aida Eyvazlı öz Fesbuk hesabında yazıb. Mətndə qeyd olunur: 
"Mən cənab Nazarbayevlə bir dəfə söhbət edəndə zarafatla ona demişdim ki, mən sizinlə kosmosa uçmaq istərdim.  Yəni onun ürəyi bu qədər rahat və belə möhtəşəm olaraq da qalır. Yəni biz bu gün də onun ürəyinin bu halı ilə  kosmosa uça bilərik. 
Xəstəxanadan çıxarılması onun səhhətinə görə planlaşdırılacaq. Əgər ürəyin əlamətləri evə yazılmağa imkan versə, güman edirəm ki, bu gün və ya sabah ola bilər".
P:S. Unutmayaq ki, Nursultan Nazarbayev Türk Şurası Ağsaqqallarının sədridir və o Astananı tikən, Qazaxıstan Müstəqil Respublikasını quran və Qazaxıstanın Dövlət Sərhəd xətlərini müəyyənləşdirən kişidir!