Partlayışda yaralanan uşaqların vəziyyətindən XƏBƏR VAR - YENİLƏNİB

“Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar”.

TƏBİB-dən bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır.

09:56

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb.
Qeyd edək ki, daha əvvəl F.Əliyevanın hadisə zamanı yaralanan bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.