Rusiya və İran xarici işlər nazirləri telefonla danışıb

Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

Diplomatlar Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.