Türkiyə İsraildəki səfirini geri çağırıb

Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN məlumat yayıb.

Buna səbəb olaraq, “İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı şəkildə ölkəyə girişinə icazə verməməsi nəticəsində Qəzzada baş verən humanitar faciə” qeyd olunub.