XİN rəhbəri almaniyalı həmkarına regionun inkişafı perspektivlərini çatdırıb

Almaniyalı həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunması, regionun inkişafı perspektivləri, Azərbaycanın baxışları çatdırılıb.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, sülh təşəbbüsləri, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində Almaniya XİN başçısına məlumat verib:

“Təəssüf ki, Ermənistanın mövqeyi səbəbindən bu üç istiqamətdə nəticələr əldə olunmayıb. Ermənistanın dəstəklədiyi qanunsuz rejim, Ermənistanın 10 minə yaxın hərbçisinin olduğu birləşmələrin ölkəmizdən çıxarılmaması, separatizmin təşviqi təhlükə yaradırdı. Bununla əlaqədar Azərbaycanın antiterror əməliyyatı keçirməsi barədə həmkarıma məlumat verdim”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan üç ilə məsələnin dialoq yolu həllini tapması üçün mümkün addımları atıb:

“Bunların qarşısını almaq mümkün olmadıqda Azərbaycan bütün beynəlxalq hüququ, humanitar hüququ gözləyərək qısamüddətli antiterror əməliyyatı keçirib. Bunu BMT missiyası da təsdiq edib. Bunu həmin vaxt Ermənistan Baş naziri də təsdiq etmişdi. Təəssüf ki, sonradan Ermənistan Baş naziri bunu inkar etmişdi”.