Ermənistan Azərbaycana demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib

Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı açıqlamada bildirilib.
Açıqlamada Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub