Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "prezident seçkiləri zamanı namizədin seçilməsi üçün ilk turda 50 faizdən çox səs toplaması tələbi ləğv edilsə, yaxşı olar" açıqlaması ölkədə ciddi siyasi müzakirələrə yol açıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan seçkidə ən çox səs qazanan namizədin qalib olmasının və prosesin sürətlənməsinin daha effektli olacağını deyib. Onun sözlərinə görə, "50+1" tələbi tərəfləri yanlış yola sürükləyir. Türkiyə lideri yeni hazırlanacaq konstitusiyada bunu nəzərə alacaqlarını bildirib.
Özel: “Bizimlə konstitusiyada dəyişiklik edə bilməyəcəksiniz”
Müxalif partiyaların liderləri Ərdoğanın sözlərini dəyərləndiriblər. Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl "50+1" şərtini dəyişdirəcək mümkün təklifə qapıların bağlı olduğunu deyib və bununla razılaşmayıb. CHP sədri Özgür Özəl bu müzakirəyə qarışmayacaqlarını bildirib. Özəl prezident Ərdoğana “Bizimlə konstitusiyada dəyişiklik edə bilməyəcəksiniz” deyib.
Baxçalı: "Cümhur İttifaqı"nı dağıtmaq istəyənlər burada çörək tapmayacaq"
Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da deyib ki, mümkün dəyişiklik sistemin mahiyyətinə xələl gətirməməlidir. Baxçalı, "50+1" səslə prezidentin seçilməsi sistemin əsasını təşkil edir, bu məsələ ilə bağlı fikrimiz dəyişməyib” söyləyib. Mümkün dəyişikliyin sistemin mahiyyətinə xələl gətirməməsi lazım olduğunu vurğulayan Baxçalı ""Cümhur İttifaqı"nda problem gözləyənlər burada çörək tapmayacaq" deyib.
"Başqanlıq sisteminin Türkiyəyə bəla gətirəcəyini demişdik"
Son açıqlama İYİ Partiya sədri Meral Akşenerdən gəlib. 2017-ci ildən bu yana sistemə qarşı çıxdıqlarını bildirən Akşener, mümkün dəyişikliklə 2 müddətli qaydanın dəyişdirilməsi tələbini dəstəkləməyəcəklərini bildirib: “2017-ci ildə tələm-tələsik və heç bir hesablama olmadan gətirdiyiniz partiya başqanlıq sisteminin Türkiyəyə bəla gətirəcəyini artıq demişdik. Onda mən şəxsən Ərdoğana səslənirəm. Gəlin, İYİ Partiya kimi qarşıdan gələn seçkilərə tək girməyə cəsarət edin".
"Bu, yeni konstitusiyanın məqsədinə uyğundur"
Başqa bir şərh ədliyyə naziri Yılmaz Tunçdan gəlib. Ədliyyə naziri Yılmaz Tunç sistemlə bağlı yeni ehtiyacların olması halında, dəyişikliklərin müzakirə edilərək qiymətləndiriləcəyini, əgər islahata ehtiyac olarsa, bunun qarşısını almağın mümkün olmadığını bildirib: “Təqdir edilməsi lazımdır. Prezidentimizin xüsusilə tənqid qarşısında dilə gətirdiyi "50+1" məsələsi Türkiyə Böyük Millət Məclisinə aiddir. Bütün bunlar yeni konstitusiyanın məqsədinə uyğundur. Bunlar razılaşma çərçivəsində əldə edilə bilər. Önəmli olan Türkiyəyə yeni demokratik, sivil və əhatəli bir konstitusiya verməkdir".