Emin Əmrullayev Naxçıvana səfər edəcək

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına (MR) səfər edəcək.

“Report” xəbər verir ki, nazir sabah (iyunun 14-də) Naxçıvan MR-də Heydər Əliyev adına məktəbin “Son zəng” tədbirində iştirak edəcək.