"Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını təmin edəcəyik"

"Yaxın gələcəkdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını təmin edəcəyik".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericilik səviyyəsində də addımlar atılacaq.